Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb

NASA “Dragon”un kosmosa göndəriləcəyi  vaxtı açıqlayıb

Tarix: 9 Iyul 2022 08:58

İyulun 14-də yük daşıyan "Cargo Dragon 2" kosmik gəmisi Florida ştatında yerləşən kosmodromdan fəzaya buraxılacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) məlumatında deyilir.

Qeyd edək ki, "Cargo Dragon 2" Beynəlxalq Kosmik Stansiyaya təxminən 3 ton yük çatdırmalıdır.

Xatırladaq ki, bu kosmik gəminin fəzaya buraxılması iyunun əvvəlinə planlaşdırılsa da, texniki problemlərə görə dəfələrlə təxirə salınıb.

Milli.Az


Etiketlər:  NASA Dragonun kosmosa göndəriləcəyi vaxtı açıqlayıb


RƏYLƏR