Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Park Bulvar”da insident - Müdir işçisini döydü

“Park Bulvar”da insident - Müdir işçisini döydü

Tarix: 9 Iyul 2022 10:18

"Park Bulvar" ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib. O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.

İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.

Şikayətlə bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Park Bulvarda insident Müdir işçisini döydü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ