Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 13:02
ABŞ-da 27 illik işdən sonra işəgötürəndən yalnız suvenir alan "Burger King" işçisi 370 min dollardan çox ianə yığıb.
Sonxeber.net bildirir ki, bu barədə LADbible məlumat yayıb.
54 yaşlı Kevin Ford, "Burger King" şəbəkəsinin işçilərini işə götürdüyü "HMS Host"dan bir paket suvenir alıb. İçərisində "Starbucks" markalı fincan, bir paket "Reese" şokoladı, kino bileti və qələmlər var idi. Ford hədiyyələri açıb və onlara görə minnətdarlıq videosunu yayımlayıb.
Uzun illər zəhmətinə görə belə bir mükafatı qeyri-kafi hesab edən istifadəçilər qəzəblənib. Bundan sonra Fordun qızları, təhqiredici hesab etdikləri hədiyyədən heyrətlənib, "GoFundMe" kraudfanding platformasında ataları üçün ianə toplamağa başlayıblar. Pul bağışlayanlardan biri amerikalı aktyor Devid Speyd olub, o, Kevinə 5 min dollar göndərib.
Ford etiraf edib ki, ona bağışlanan pulu hələ də necə xərcləyəcəyini bilmir. Hələlik o, nəvələrinə baş çəkəcək və onların kollec xərclərinə kömək edəcək.
İrfan Vəliyev