Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalmanı yavaşladan 5 vərdiş

Qocalmanı yavaşladan 5 vərdiş

Tarix: 9 Iyul 2022 16:45

Qocalma qarşısını almaq mümkün olmayan bir prosesdir, ancaq onu yavaşlatmaq mümkündür. Bunun üçün həyat tərzinizdə bəzi düzəlişlər etməyiniz lazımdır. Bunlar yaşlanmanın xarici əlamətləri ilə yanaşı, daxili prosesi də ləngidəcək.

Sonxeber.net Axşam.az-a istinadən gəncliyi və gözəlliyi mümkün qədər uzun müddət saxlamağa imkan verən vərdişləri təqdim edir.

Dərinin nəmləndirilməsi

Cild nə qədər qurudursa, qırışların yaranma ehtimalı bir o qədər yüksəkdir. Dərinin su ehtiyacını ödəmək üçün davamlı olaraq nəmləndiricidən istifadə edin. Gündə 2 litr su istehlak etməyin daxildən qaynaqlanan səbəbləri aradan qaldırdığını deməyə isə ehtiyac yoxdur.

Bütün il boyu günəş kremi

Çox insanın buraxdığı səhv cildi günəş şüalarından qorumaq üçün yalnız yayda bu tip kremlərdən istifadə etməsidir. Halbuki qışda, buludlu havada belə ultrabənövşəyi şüalanma dəriyə zərərli təsirini davam etdirir, hiperpiqmentasiya və erkən qocalmaya təhrik edir. Bu səbəbdən gündəlik gözəllik rutininizə günəş kremləri də əlavə edin.

Stresə nəzarət etməyi öyrənin

Streslə qocalma arasındakı əlaqə dəfələrlə elmi şəkildə sübut edilib. Orta hesabla, əsəb qocalma prosesini 3-6 il sürətləndirə bilər. Sinir sisteminizi nəzarətdə saxlamaq üçün nəfəs məşqləri, meditasiya edin. Bu sadə məşqlər vaxtınızın heç 30 dəqiqəsini belə almayacaq, lakin nəticə uzun sürməyəcək (əlbəttə ki, müntəzəm olaraq edilərsə). Bundan əlavə, əsəbləri sakitləşdirən müxtəlif təbii bitki çayları da içə bilərsiniz.

Sağlam yağları unutmayın

Balanslaşdırılmış bir pəhrizdə həm karbohidratlar, həm də zülallar olmalıdır, axı yağlar gənc görünməyin digər bir ehtiyacıdır. Fındıq, avokado, qızılbalıq, bitki yağları A və E vitaminləri, omeqa-3, 6 yağ turşularının mənbəyidir. Vitaminlər güclü antioksidant təsirə malikdir, bədəni sərbəst radikallardan qoruyur və nəinki qocalmanın xarici əlamətlərini gizlədir, həm də gəncliyi mümkün qədər uzun müddət qorumağa kömək edir. Omeqa yağ turşuları isə dərinin elastikliyini əhəmiyyətli dərəcədə artırır və qırışların yaranmasının qarşısını alır.

Şəkər qəbulunu məhdudlaşdırın

Həddindən artıq şəkər qəbulu dəri üçün ultrabənövşəyi radiasiyadan daha təhlükəlidir. Bu, yalnız sızanaq və allergik reaksiyalar yaratmır, həm də dərini daxildən qocaldır. Şəkər kollagen və elastinlə reaksiyaya girər, bununla da onların lifləri incəlir, elastikliyini itirir. Bu da qırışların sayının artmasına və dərinin rənginin itməsinə səbəb olur.


Etiketlər:  Qocalmanı yavaşladan vərdiş


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ