Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Facebook və Instagram Avropada BLOKLANA BİLƏR

Facebook və Instagram Avropada BLOKLANA BİLƏR

Tarix: 9 Iyul 2022 17:24

Avropada Facebook və Instagram sosial şəbəkələrinin bloklamağa çağırış edilib.

Sonxeber.net "İndependent"ə istinadən xəbər verir ki, belə bir təkliflə İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) Avropa tənzimləyicisinə müraciət edib.

İrlandiya tənzimləyicisi Meta-nın avropalı istifadəçilərdən ABŞ-a məlumat ötürmək hüququna malik olmadığına qərar verib. Qəzet yazır ki, digər Avropa tənzimləyiciləri bununla razılaşarsa, o zaman hər iki sosial şəbəkə 2022-ci ilin yayında Avropada bloklana bilər. Avropa məlumatların qorunması orqanlarının bir ay ərzində DPC müraciətinə baxması gözlənilir.

Mübahisə məxfilik fəalları ilə Amerika texnoloji nəhəngi arasında uzun illər davam edən məhkəmə çəkişməsindən sonra baş verir və nəticədə Avropa Ədalət Məhkəməsi 2020-ci ildə Aİ-ABŞ arasında Məxfilik Qalxanı adlı məlumat ötürmə müqaviləsini ləğv edib.

Meta daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına müraciət etmişdi. Korporasiya orada bildirib ki, transatlantik məlumatların ötürülməsinin yeni sistemi qəbul olunmasa, o zaman Avropada öz məhsul və xidmətlərini, o cümlədən Facebook və Instagram-ı təqdim etməyi dayandırmaq məcburiyyətində qalacaq.

İrfan Vəliyev


Etiketlər:  Facebook Instagram Avropada BLOKLANA BİLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ