Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qız ona xəyanət edən sevgilisinin acığına görün nə etdi - ''Qoy bilsin, kimi itirib''

Qız ona xəyanət edən sevgilisinin acığına görün nə etdi - ''Qoy bilsin, kimi itirib''

Tarix: 10 Iyul 2022 00:32

Bloqqer Vinni Kuk keçmiş sevgilisinin acığına 90 kiloqram arıqlayıb.

Sonxeber.net bildirir ki, müvafiq video onun TikTok hesabında paylaşılıb.

"Winniecock001" ləqəbli istifadəçi bildirib ki, o, kök olub, 158 kiloqram çəkisi olanda sevgilisi onu aldadıb. Sevgilisi ilə ayrıldıqdan sonra qız görünüşünü düzəltməyə qərar verib və bir il ərzində əldə etdiyi nəticəni göstərib.

Belə ki, videonun ilk kadrlarında Kuk tam bədən quruluşu və yuvarlaq qarın nümayiş etdirərək idman köynəyində görünüb. Daha sonra istifadəçi nazik belini göstərən cins sarafanla poz verib. "Qoy bilsin, kimi itirib", - deyə qız paylaşımın altında yazıb.

İstifadəçilər bloqqerin dəyişimini yüksək qiymətləndiriblər və ona dəstək sözlərini yazıblar. "Davam et!", "Bu onun günahıdır! Yeni sevgilin olacaq birinin şansı gətirəcək", "Vay! Keçmiş sevgilimin reaksiyasını görmək istərdim", - deyə şərh yazıblar.

İrfan Vəliyev


Etiketlər:  Qız xəyanət edən sevgilisinin acığına görün etdi bilsin kimi itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ