Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 15:58
"Finalda uduzmaq əyləncəli deyil. Biz gələcəyə baxırıq. Bu matçı təhlil edib diqqətimizi Bakıdakı qarşılaşmaya yönəldəcəyik".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Lex"in baş məşqçisi Con van den Brom "Rakuv"a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kuboku uğrunda qarşılaşmadan sonra deyib.
56 yaşlı mütəxəssis "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar fərqli "11-liy"ə şans verdiyini söyləyib.
Niderlandlı baş məşqçi məğlubiyyətə rəğmən meydana çıxan futbolçulardan razı qaldığını söyləyib.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.