Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 21:22
Şri-Lanka Prezidenti Qotabaya Racapaksa ölkədədir və xaricə getməyib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu "Daily Mirror" mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, iyulun 9-da keçirilən etiraz aksiyasından sonra Şri-Lankanın ərazi sularında hərbi gəmidə olan Racapaksa bu gün quruya qayıdıb və ölkənin silahlı qüvvələrinin komandirləri və qərargah rəisi ilə görüşüb.
Qəzet həmçinin bildirir ki, Racapaksa prezidentlikdən istefa verdikdən sonra, bu həftə xaricə ölkəyə gedəcək.
Şri-Lanka Prezidenti Qotabaya Racapaksa Baş nazir Ranil Vikramasinqeni istefaya getməyə hazır olması barədə rəsmən məlumatlandırıb.Qeyd edək ki, iyulun 9-da dövlət başçısının iqamətgahının ələ keçirildiyi və 100-dən çox insanın yaralandığı iğtişaşlar fonunda Q.Racapaksa iyulun 13-də vəzifəsini tərk edəcəyini bildirib.