Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb

Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb

Tarix: 12 Iyul 2022 08:44

ABŞ Prezidenti Cozef Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb.

Milli.Az "Report"a istinadən bildirir ki, Prezident Bayden Konqresin Senatına ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvini ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

İndi Senatın müvafiq komitəsi dinləmələr üçün vaxt təyin etməlidir, bu zaman K. Kvin qanunvericilərin suallarını cavablandırmalı olacaq. Bir müddət sonra yuxarı palata onun ABŞ-ın İrəvandakı diplomatik missiyasının rəhbəri vəzifəsinə namizədliyinin təsdiqinə səs verəcək.

Cari ilin ortalarına qədər ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili olub. Müxtəlif vaxtlarda ABŞ-ın Banqkok, London, Moskva, Brüsseldəki səfirliklərində çalışan diplomat Ağ Evin Milli Təhlükəsizlik Şurasında Aİ, Ukrayna və Belarus üzrə direktor olub.

Milli.Az


Etiketlər:  Bayden Ermənistana yeni səfirin namizədliyini irəli sürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ