Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 14:30
Rusiyanın Əməkdar artisti Qriqori Leps "Ласковый май" qrupunun solisti, mərhum müğənni Yuri Şatunovun repertuarından olan bəzi mahnıları ifa etmək hüququnu almaq istəyir.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, hansı mahnının potensial hitə çevriləcəyini təxmin etmək sənətçi üçün çox çətindir və insan ömrü boyu belə əsər axtara bilər:
"Bu, "Ласкового мая"ın "Ağ qızılgüllər"inə bənzəyir. İndi belə bir əsər tapmaq... Onu əldə etmək üçün külli miqdarda pul verərdim. Yuri Şatunovun ifasında mahnıları əldə etmək fikri mənasız deyil. İfa haqqını əldə edəcəyəmmi bilmirəm, amma bu mahnılar bazamda olsun deyə alardım. Bəlkə onları özünəməxsus şəkildə şərh edən gənc ifaçı tapılacaq və mahnı yeni həyat tapa biləcək".
Leps əlavə edib ki, özü çətin ki, bu bəstələri ifa etsin. Çünki o, yaşı ilə əlaqədər mahnıları Şatunovun tərzində oxumasını özü üçün qəribə hesab edir.