Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 15:22
ABŞ Prezidenti Cozef Bayden Honqkonqdakı vəziyyətlə əlaqədar Çinə qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatında deyilir.
"Honqkonqdakı vəziyyət, o cümlədən Çinin Honqkonqun muxtariyyətini pozmaq üçün atdığı son addımlar ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmaqda davam edir.
Bu səbəbdən 14 iyul 2020-ci ildə elan edilmiş milli fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra da davam etməlidir. Honqkonqdakı vəziyyətlə əlaqədar milli fövqəladə rejimin müddətini bir il müddətinə uzadıram", - Baydenin adından yayılan bəyanatda bildirilib.