Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nyukasl” “Real”ın yetirməsini istəyir

“Nyukasl” “Real”ın yetirməsini istəyir

Tarix: 12 Iyul 2022 19:04

"Espanyol"un hücumçusu Raul de Tomas karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Nyukasl" "Real"ın yetirməsinin transferində maraqlıdır.

Premyer Liqa təmsilçisi 28 yaşlı oyunçunun keçidi məsələsini Barselona klubu ilə müzakirə edir. Tərəflərin ortaq məxrəcə gəlməsi istisna edilmir.

Qeyd edək ki, Raul de Tomas "Espanyol"a 2020-ci ilin yanvarında "Benfika"dan 22,5 milyon avroya transfer olunub.

Milli.Az


Etiketlər:  Nyukasl Realın yetirməsini istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ