Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldonun yerinə Dembele

Ronaldonun yerinə Dembele

Tarix: 12 Iyul 2022 19:06

"Lion"un hücumçusu Mussa Dembele "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İngiltərə klubu komandanı tərk etməsi gözlənilən Kriştiano Ronaldonun yerinə fransız hücumçunu almağa hazırdır.

Daha əvvəl "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq portuqaliyalının satılmayacağını desə də, ulduz futbolçu mövsümöncəsi hazırlığa qoşulmayıb. Rəhbərlik onun gedişi ilə hücumda yaranacaq boşluğu Dembele ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, Mussa Dembele 2018-ci ildən "Lion"da çıxış edir.

Milli.Az


Etiketlər:  Ronaldonun yerinə Dembele


RƏYLƏR