Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəhərdə 500 cütlük evləndi

Bu şəhərdə  500 cütlük evləndi

Tarix: 12 Iyul 2022 20:58

Nyu-Yorkun mərkəzində 500 cütlük üçün kütləvi toy keçirilib.

Burada koronavirus pandemiyası ilə toy planları pozulmuş insanlar münasibətlərini rəsmiləşdiriblər.

"Celebrating Love: (Re) Marriage" adlı tədbir Linkoln Mərkəzində keçirilib.

Mərkəzin saytında bu gün "toyları ləğv edilənlər, həm tərəfdaşına, həm də şəhərə sevgilərini təsdiqləmək istəyən insanlar üçün xüsusi bir gün" adlandırılıb.

Nyu-York meri Erik Adams cütlüklərə müraciət edib. Bayram şənliyi çərçivəsində müxtəlif dinlərin nümayəndələri üçün mərasim keçirilib. Daha sonra canlı musiqi sədaları altında rəqslər başlayıb

Milli.Az


Etiketlər:  şəhərdə cütlük evləndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ