Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın oyunundan sonra azarkeşlər arasında yaranan mübahisəyə - DİN-dən münasibət

“Qarabağ”ın oyunundan sonra azarkeşlər arasında yaranan mübahisəyə - DİN-dən münasibət

Tarix: 12 Iyul 2022 23:50

Sosial şəbəkələrdə və KİV-lərdə Bakıda keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" və "Lex" komandalarının qarşılaşmasından sonra mübahisə edən bəzi azarkeşlərin saxlanılması ilə əlaqədar məlumatlar səsləndirilib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ölkəmizin futbol ictimaiyyətini "Qarabağ"ın möhtəşəm qələbəsi münasibətilə təbrik edərək bildirib ki, oyun öncəsi, həmçinin oyun zamanı və oyundan sonra polis əməkdaşları ictimai təhlükəsizliyi və ictimai asayişi elə qələbəmizə layiq mühafizə ediblər:

"Oyundan sonra stadiondan kənarda bir qrup azarkeşin öz aralarında mübahisəsinin də qarşısı polis əməkdaşları tərəfindən dərhal alınıb. Onlara xəbərdarlıq edilərək sərbəst buraxılıblar".

Milli.Az


Etiketlər:  Qarabağın oyunundan sonra azarkeşlər arasında yaranan mübahisəyə DİN dən münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ