Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 12:16
Polşa Qərbi Ukraynanı ələ keçirmək planlarını ört-basdır etmək üçün Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa hazırdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Narışkin qeyd edib ki, Polşa Qərbin Ukraynaya ekspansiyasını ört-basdır etməyə çalışır və bu məqsədlə "maskalanmaq" üçün kütləvi təbliğat aparır.
Onun sözlərinə görə, Polşa Ukraynanın bütün avropalı qonşularının Kiyevin işlərində "kollektiv iştirakı" imitasiyasının yaradılmasına çalışır:
"Bunun üçün Varşava Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa getməyə hazırdır. Beləliklə də Polşa öz planlarını həyata keçirmək üçün onların arxasında gizlənir".