Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2025 17:02
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədovun qərarı müzakirələr yaradıb.
Sonxeber.net xəbər verir ki, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov peşəkar döyüş karyerasını davam etdirməyəcək.
Amerikalı MMA əfsanəsi Daniel Kormye mətbuata açıqlamasında bildirib ki, Həbib ona UFC-də döyüşmək üçün 40 milyon dollar təklif olunduğunu, lakin razılaşmadığını deyib. Kormye vurğulayıb:
"Əgər Həbib 40 milyon dollar təklif olunmasına baxmayaraq razılaşmayıbsa, deməli, o, heç vaxt UFC-yə qayıtmayacaq".
Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar karyerası ərzində keçirdiyi 29 MMA döyüşündə məğlub olmayıb və 2021-ci ildə döyüşçülük karyerasını bitirib.
Hüseyn