Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi - FOTO

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi - FOTO

Tarix: 21 Avqust 2025 16:32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

Sonxeber.net Qaynarinfo-ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib.

Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub. 

Fotolarda: Fərid Zeynalov 

Fotolarda: Samir Rəsulov 


Etiketlər:  Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ