Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmlak bazarında canlanma var - VİDEO

Əmlak bazarında canlanma var - VİDEO

Tarix: 13 Iyul 2022 15:54

Ali məktəblərə qəbul imtahanları başa çatmaq üzrədir. Yüksək bal toplayanlar artıq kirayə mənzil axtarışına başlayıblar. Bu isə əmlak bazarında canlanmaya səbəb olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, əvvələr bu dövrdə, iyulun əvvəlində kirayə mənzil bazarında durğunluq olurdu. İndi isə vəziyyət fərqlidir. Bu isə qiymətlərə təsir edib.

Rieltor Anar Məmmədov isə bildirib ki, ali məktəblərin ətrafında yerləşən mənzillərin sayının artan tələbatla tərs mütənasib olması da bahalaşmanı şərtləndirən amillərdən biridir.

Onun sözlərinə görə, turistlərin sayının çox olması da kirayə mənzil bazarında canlanmaya səbəb olub.

Ekspert hesab edir ki, əgər bu tendensiya davam etsə, sentyabr ayının ilk ongünlüyünə qədər qiymətlərdə enmə müşahidə edilməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Əmlak bazarında canlanma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ