Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın ona sataşan kişini fincanla öldürdü

Qadın ona sataşan kişini fincanla öldürdü

Tarix: 13 Iyul 2022 18:54

Rusiyada, Tatarıstanda qadına onu təhqir edən kişini fincanla təsadüfən öldürdükdən sonra cinayət işi açıldı.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Respublika İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 9-da axşam saatlarında 44 yaşlı yerli sakinin meyiti Leninoqorsk ətrafında yaşayış binasında zorakılıqla ölüm izləri ilə tapılıb. O, kəllə-beyin travması alıb və qan itirib. Müstəntiqlər faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsi ("Ehtiyatsızlıqdan ölümə səbəb olma") ilə cinayət işi açıblar. Şübhəli şəxs mərhumun əmisi ilə yaşayan qadın olub. O, artıq istintaqa etiraflar edib.

Müstəntiqlərin sözlərinə görə, onun evinə qonaqlar toplaşıb. Onlardan biri - qardaşı oğlu qadına sataşmağa başlayıb və qadın, şüşə fincanla onun başına vurub. Zərbədən fincan qırılaraq kişini kəsib, onun qanaxması başlayıb. Qanaxma səbəbindən onu xilas etmək mümkün olmayıb. Bir müddət sonra ziyafət iştirakçıları əyləncəyə qayıdıblar və bu arada yaralı dünyasını dəyişib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qadın ona sataşan kişini fincanla öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ