Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəxtiyar Xanızadənin 65 yaşı tamam olur - "Öz istəyi ilə..."

Bəxtiyar Xanızadənin 65 yaşı tamam olur -

Tarix: 13 Iyul 2022 23:12

Bu gün Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı, Prezident təqaüdçüsü, Xalq artisti, ustad Bəxtiyar Xanızadənin 65 yaşı tamam olur.

Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib.

1994-cü ildə bir qrup tələbəsi ilə "Dəli yığıncağı" ilk Pantomim teatr studiyasını yaradır. Öz bənzərsiz üslubu, maraqlı repertuarı ilə az bir vaxtda böyük tamaşaçı kütləsi toplayan bu studiya 2000-ci ildən Dövlət statusuna layiq görülür və bu günə qədər Azərbacan Dövlət Pantomim Teatrı kimi fəaliyyət göstərir. Bəxtiyar Xanızadə Azərbacanda pantomim pyeslərin ilk müəllifi olmaqla yanaşı, həm də bir çox pantomim tamaşalarının quruluşçu rejissoru kimi də tanınır və sevilir.

O, həmçinin "Qərib cinlər diyarında", "Ovsunçu", "Cavid Ömrü", "Sübhün səfiri" kimi bədii filmlərdə yaddaqalan obrazlar yaradıb.

Ənənəvi olaraq Bəxtiyar Xanızadənin doğum günləri teatr səhnəsində qeyd olunur. Milli.Az xəbər verir ki, bu il belə tədbirin keçirilməyəcəni bildirən teatrın direktoru Elman Rəfiyev teleqraf.com-a açıqlamasında bunu ustadın istəyi ilə əlaqələndirib.

"Bütün kollektiv və tələbələri adından biz ustadımıza can sağlığı, yaradıcılıq faəliyyətində hər zaman zirvədə olmağını arzu edirik".

Qeyd edək ki, ötən ay Bəxtiyar Xanızadənin həyat yoldaşı Afət Xanızadə uzun sürən ağır xəstəlikdən vəfat edib.

Milli.Az


Etiketlər:  Bəxtiyar Xanızadənin 65 yaşı tamam olur Öz istəyi ilə


RƏYLƏR