Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: II təsnifat mərhələsinin bütün cütləri bəlli olub

Çempionlar Liqası: II təsnifat mərhələsinin  bütün cütləri bəlli olub

Tarix: 14 Iyul 2022 08:46

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Qarşılaşmaların tərkibinə I təsnifat mərhələsinin cavab görüşlərindən sonra aydınlıq gəlib.

Növbəti raundda Çempionlar Yolunda 10, Liqa Yolunda 2 cüt üz-üzə gələcək. Azərbaycan çempionu "Qarabağ" İsveçrə "Sürix"inə rəqib olub.

Çempionlar Yolu

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)
"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)
"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
"Jalgiris" (Litva) - "Malmö" (İsveç)
"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)
"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)
"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan)
"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)

Liqa Yolu
"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr)
"Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə)

Qeyd edək ki, ilk oyunlar 19-20 iyulda, cavab görüşləri 26-27 iyulda olacaq.


Etiketlər:  Çempionlar Liqası təsnifat mərhələsinin bütün cütləri bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ