Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sədərək'' Ticarət Mərkəzində yanğın baş verib

''Sədərək'' Ticarət Mərkəzində yanğın baş verib

Tarix: 16 Iyul 2022 20:20

"Sədərək" Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən(FHN) verilən xəbərə görə, nazirliyin 112 qaynar telefon xəttinə Sədərək Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ilkin məlumata əsasən ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralararası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.


Etiketlər:  Sədərək Ticarət Mərkəzində yanğın baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ