Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 13:52
ABŞ-ın Kentukki ştatının sakini anasını gizli şəkildə öz sperması ilə hamilə qoyan həkimin əməlini ifşa edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, belə ki, 1975-ci ildə uşaq sahibi olmaqda çətinlik çəkən Syuzan Krouder və əri kömək üçün ginekoloq-reproduktoloq Marvin Yasmana müraciət edib.
Həkim qadına süni mayalanma üçün anonim tibb tələbəsinin bioloji materialından istifadə etməyi təklif edib.
Həkim bildirib ki, donorun bədən quruluşu, göz rəngi və saçları onun ərinə çox bənzəyir.
Qadının razılığını alan həkim xəstənin xəbəri olmadan donor spermasını özününki ilə əvəz edib.
Lakin illər sonra Syuzan Krouderin qızı DNT testi apardıqdan sonra atasının məhz reproduktoloq Marvin Yasman olduğunu öyrənib.
Bundan əlavə qadının ögey bacısının olduğu da üzə çıxıb.
Məlum olub ki, bu qadın da M.Yasmanın iştirak etdiyi süni mayalanma nəticəsində doğulub.
Hazırda süni mayalanma nəticəsində dünyaya gəlmiş qadın mütəxəssisi məhkəməyə verib və onun cəzalandırılmasını tələb edir.