Tarix: 23 Sentyabr 2019 15:52
“Beşiktaş”ın futbolçusu Burak Yılmaz zədəsini sağaldıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 34 yaşlı hücumçu yeni mövsümdə ilk dəfə meydana çıxa bilər.
Türkiyə millisinin üzvü Superliqanın 5-ci turunda bu gün "Başakşəhər”lə qarşılaşacaqları matçda komandasına kömək edə bilər. Baş məşqçi Abdullah Avcının oyunçunu 90 dəqiqə yox, görüşün ikinci hissəsində meydana buraxacağı gözlənilir.
Qeyd edək ki, iyul ayında əməliyyat olunan B.Yılmaz sağalsa da, avqustda məşq zamanı yenidən zədələnmişdi.