Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 15:05
ATV-nin "Bir dəqiqə" proqramına qonaq olan müğənni Manaf Ağayev ağır itkilərindən danışıb.
Sonxeber.net xəbər verir ki, valideyn itkisinin ən ağır itki olduğunu dilə gətirən Manaf Ağayev, 40 illik dostunu itirməsindən də söz açıb:
"Rayona getmişdik, klip çəkdirməyə. Stol açdılar, çay-çörək qoydular ki, yeyək. Çay içdiyimiz yerdə başını qoydu. Əlim-qolum qırıldı. Tabutu özüm çiynimdə apardım".