Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2025 21:50
Müğənni Mənzurə Musayeva efirdə kövrıək anlar yaşayıb.
Sonxeber.net xəbər verir ki, verilişlərin birində qonaq olan övladı olmayan sənətçi ağlayıb.
Qardaşı qızını övladlığa götürən sənətçi sözləri ilə hər kəsi duyğulandırıb:
"Qardaşımın qızına baxmışam da, toy da etmişəm. Onları çox istəyirəm. Hərdən mənə bu barədə sual verirlər. Sadəcə övlad dadını bilmək istəyərdim.Bu həyatda bilmək istəyərdim ki, bala dadı necə olur? Anam deyib ki, mənə ağlama... Saxladığım qız yad deyil, uşaq evindən götürməmişəm, yad deyil. Fərqi yoxdur, qardaşımın balası, ya mənim balam... Hərdən anam deyir ki, sən ona o sevgini göstərə bilmirsən. Deyirəm, mal, pul, paltar və sairə. Bunları edirəm, sevgi başqa cür necə ola bilər? Onu bilmirəm. Ömür boyu bu məsələ məni yandırıb. Heç ərə getmək marağında deyiləm. Vaxtında ağlım olmayıb, ana ola bilərdim, etməmişəm. Sadəcə buna heyfsilənirəm".