Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emrelinin bu hərəkəti Almaniyada qalmaqal yaratdı - FOTO

Mahir Emrelinin bu hərəkəti Almaniyada qalmaqal yaratdı - FOTO

Tarix: 29 Oktyabr 2025 15:32

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emreli Almaniyada mübahisələrə səbəb olan hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, II Bundesliqa klubu "Kayzerslautern"in 28 yaşlı hücumçusu sosial şəbəkədə keçmiş komanda yoldaşının vurduğu qolu bəyənib. Məlum olub ki, Emreli "Nürnberq"də birgə çıxış etdiyi 33 yaşlı Robin Knoşun məhz "Kayzerslautern"ə vurduğu qola "like" qoyub.

Sözügedən qarşılaşmada "Nürnberq"in kapitanı oyun bitməyə az qalmış qələbə qolunu vuraraq "Kayzerslautern"i xal itkisinə məruz qoyub. Bu hadisə klub rəhbərliyi və azarkeşlər arasında narazılıq yaradıb.

Alman mətbuatı yazır ki, Mahir Emrelinin bu addımı onun komandasındakı vəziyyətdən narazı olduğunu göstərir:

"Betzenberqə transferindən sonra hücumçunun işləri qaydasında getmir. O, cəmi üç oyunda meydana çıxıb və sonuncu dəfə avqustda oynayıb. Rəsmi açıqlamaya əsasən, keçirdiyi xəstəlik onu əvvəlki klubuna qarşı matçdan kənarda saxlayıb."

Həmçinin bildirilir ki, milli komandaların fasiləsi zamanı Emreli sosial mediada klubda oynaya bilməməsindən şikayətlənib. Bundan sonra baş məşqçi Torsten Liberknext onunla münasibətləri düzəltmək üçün söhbət aparsa da, futbolçu yenidən sosial şəbəkədə paylaşımı ilə gündəm olub.

Xatırladaq ki, Mahir Emreli bu ilin yayında "Nürnberq"dən "Kayzerslautern"ə transfer olunub.

Hüseyn


Etiketlər:  Mahir Emrelinin hərəkəti Almaniyada qalmaqal yaratdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ