Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2025 13:05
Türkiyənin məşhur müğənnisi Əmrah uzun fasilədən sonra Bakıda konsert verib.
Sonxeber.net xəbər verir ki, konsert zamanı sənətçi duyğulu anlar yaşayaraq səhnədə göz yaşlarını saxlaya bilməyib. Sosial mediada görünüşündəki dəyişiklik və səhnə tərzi diqqət çəkən Əmrah konsert zamanı pərəstişkarlarına "Köhnə günlərim üçün çox darıxıram" deyərək duyğularını bölüşüb.
Musiqi karyerası ilə yanaşı, daşınmaz əmlak sahəsindəki investisiyaları ilə də tanınan Əmrahın Türkiyənin müxtəlif şəhərlərində təxminən 300 mənzilə sahib olduğu iddia edilir.
Konsert həm Türkiyə, həm də Azərbaycan tamaşaçılarının böyük marağına səbəb olub.