Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Marakana” satışa çıxarılır

“Marakana” satışa çıxarılır

Tarix: 29 Oktyabr 2025 14:56

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən məşhur "Marakana" stadionu satışa çıxarılır.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, bu qərar yerli hakimiyyət orqanları tərəfindən qəbul edilib. Addımın məqsədi stadionun saxlanılmasına çəkilən xərcləri azaltmaq və regionun 1,89 milyard avroluq borcunun bir hissəsini ödəməkdir.

Qeyd olunur ki, "Flamenqo", "Fluminense" futbol klubları və Braziliya milli komandası ev oyunlarını məhz bu arenada keçirirlər.

78 min tamaşaçı tutumuna malik "Marakana" dünyanın ən tanınmış futbol stadionlarından biri hesab olunur və bir çox beynəlxalq turnirlərə ev sahibliyi edib.

Hüseyn


Etiketlər:  Marakana satışa çıxarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ