Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2025 17:50
Əməkdar artist Zakir Əliyev atasından danışıb kövrəlib.
Sonxeber.net xəbər verir ki, xanəndə mərhum atası barədə bu sözləri dilə gətirib:
"Yaşasaydı 2 ildən sonra 100 yaşı olacaqdı. Heç olmasa məni səhnədə görməyini istəyərdim. Mən anama daha çox bağlı olmuşam. Atam tez vəfat etdiyinə görə o hissləri çox yaşamamışam. İndi ata öz övladları ilə sərbəst olur.
Əvvəllər övladını qucağına almaq belə olmazdı. İndi artıq ata-oğul arasında sərbəst münasibət yaranıb. Övlad öz düşüncələrini sərbəst şəkildə bölüşə bilir. Bizim vaxtımızda belə şeylər yox idi".