Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək

Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək

Tarix: 23 Sentyabr 2019 17:04

Bakı. Trend:

Sentyabrın 25-də Heydər Əliyev Mərkəzinin ərazisində Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) tərəfindən kütləvi futbol həftəsi (Grassroots Week) festivalı keçiriləcək.

AFFA-dan Trend-ə bildirilib ki, festivalda 6-13 yaşlı uşaqlar iştirak edəcəklər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ