Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın astronavt açıq kosmosa çıxıb

Qadın astronavt açıq kosmosa çıxıb

Tarix: 21 Iyul 2022 22:02

İtaliyalı astronavt Samanta Kristoforetti Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb.

Milli.Az kent.az-a istinadən bildirir ki, 6 saatlıq çıxışda onu rus kosmonavt Oleq Artemyev müşayiət edir.

Bakı vaxtı ilə saat 18.00-da başlaımış çıxış 6 saat davam etməlidir.  Hazırda BKS Yerdən 400 km yüksəklikdədir.
45 yaşlı qırıcı təyyarə pilotu Samanta stansiyaya aprelin 27-də gedib. O, 2014-cü ildə stansiyada 199 gün keçirərək qadınlar arasında rekordu yeniləyib. Bu dəfə isə o, stansiyadakı heyətə komandirlik edərək avropalı qadın astronavtlar arasında ikinci rekorda imza atıb.

Milli.Az


Etiketlər:  Qadın astronavt açıq kosmosa çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ