Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya ordusunda yerüstü hücum raketlərinin qıtlığı yaranıb'' - Britaniya MN

''Rusiya ordusunda yerüstü hücum raketlərinin qıtlığı yaranıb'' - Britaniya MN

Tarix: 22 Iyul 2022 10:38

"Donbasda Ukrayna qüvvələri Rusiyanın Vuhlehirsk elektrik stansiyasına hücum cəhdlərini dəf etməkdə davam edir. Rusiya artilleriyası Kramatorsk və Siversk şəhərləri ətrafındakı ərazilərə yönəlib".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat verib.

"Ukraynanın Nikolayev vilayətinin qubernatoru Vitali Kim ötən gün bildirib ki, Rusiya qüvvələri infrastruktura, enerji obyektlərinə və anbar sahələrinə zərbələr endirmək üçün yeddi hava hücumundan müdafiə raketindən istifadə edib. Rusiya ordusu yerüstü hücum raketlərinin çatışmazlığından əziyyət çəkdiyinə görə hava hücumundan müdafiə raketlərinin istifadəsini artırıb", - məlumatda bildirilib.


Etiketlər:  Rusiya ordusunda yerüstü hücum raketlərinin qıtlığı yaranıb Britaniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ