Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Limanların blokadadan çıxarılması milyardlıq məsələdir

Limanların blokadadan çıxarılması milyardlıq məsələdir

Tarix: 23 Iyul 2022 08:20

Dəniz limanlarının blokadadan çıxarılması milyard dollarlıq məsələdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

"Hazırda kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri müharibədən əvvəlki həcmimizdən çox uzaqdır, lakin hakimiyyət bu problemin həlli üzərində fəal işləyir. İqtisadiyyatımız üçün dəniz limanlarının blokadadan çıxarılması məsələsi milyard dollarlıq məsələdir", - baş nazir söyləyib.

Şmiqalın sözlərinə görə, iyunda Ukraynanın ümumi ixracı 3,2 milyard dollar təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 20% çoxdur:

"Zmeyni (İlanlar) adasını azad edən Silahlı Qüvvələrimiz sayəsində bu sahədə məhsulların ixracı və idxalı üçün əlavə imkanlar əldə etdik. Qara dənizin blokadadan çıxarılmasının birinci mərhələsi başa çatıb və nəticədə kənd təsərrüfatı məhsullarının ixracı 20 dəfə artıb".


Etiketlər:  Limanların blokadadan çıxarılması milyardlıq məsələdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ