Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antalyada dəhşətli qətl - Qadın sevgilisini otelin eyvanından atdı

Antalyada dəhşətli qətl - Qadın sevgilisini otelin eyvanından atdı

Tarix: 23 Iyul 2022 13:40

Türkiyənin Antalya vilayətində britaniyalı turist sevgilisi ilə narkotik maddə üstündə mübahisə edərək onu beşulduzlu otelin eyvanından atıb.

Milli.Az bildirir ki, "HaberTürk" xəbər portalının məlumatına görə, kişi 30 metr hündürlükdən yıxıldıqdan sonra dünyasını dəyişib.

Mənbənin məlumatına görə, Meri Meyer Kayli 22 yaşlı sevgilisi Pegram Ris ilə istirahətə gəlib. Faciə günü turistlərin dincəldiyi, spirtli içkilər içdiyi, nərd oynadığı, daha sonra tatuaj salonuna getdiyi dəqiqləşdirilib. Bundan sonra mehmanxanaya qayıdan gənclər arasında aralarında mübahisə yaranıb və bu, davaya çevrilib.

Müstəntiqlərin fikrincə, qız oğlanı hərəkətsiz hala sala bilib, əşyalarını, sonra isə özünü eyvandan atıb. Təqsirləndirilən şəxs sevgilisinin psixi problemləri olduğunu və ölümündən bir gün əvvəl intihar etmək istədiyini iddia edib. O, həmçinin bildirib ki, davaya səbəb Risin narkotik almaq qərarı idi, qız isə buna qarşı idi.

Kaylinin sözlərinə görə, o, qanunsuz narkotik saxlamaq və ya satmaq ittihamı ilə həbs oluna biləcəyindən qorxduğu üçün sevgilisini tərk edərək oteldə yatmağa gedib. Lakin oğlan sonradan otağa girib və dava etməyə başlayıb. Dava zamanı qızın əlinə xəsarət yetirildi, ona görə də yarasını təmizləmək üçün o vanna otağına getdi, ordan çıxanda isə Ris artıq yox idi.

Bundan sonra britaniyalı qadın yuxuya gedib və gecə saat üçdə polis onun yanına gəlib. Qeyd olunur ki, mərhumun qanında spirt və kokain aşkar edilib. Bundan əlavə, Meri də ciddi sərxoşluq vəziyyətində idi. Nəticədə turist qəsdən adam öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Eyni zamanda qız günahını boynuna almayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Antalyada dəhşətli qətl Qadın sevgilisini otelin eyvanından atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ