Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 15:38
Qazaxıstanda güclü külək, leysan və dolu ilə müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində ağaclar və elektrik dirəklərində naqillər qırılıb, binaların damı uçub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ən ağır vəziyyət Pavlodar vilayətində müşahidə olunub. Burada qasırğa nəticəsində feldşer-ambulator məntəqənin və məktəbin damı dağılıb, bir neçə evə ciddi zərər dəyib. Sakinlərin sözlərinə görə, yaşayış məntəqəsi bir saat ərzində müharibədə bombalanan əraziyə oxşayıb.
Hadisə nəticəsində zərərçəkənin olmadığı bildirilir.
Sosial şəbəkələrdə təbii fəlakətin görüntüləri ilə bağlı kadrlar paylaşılıb.