Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Soğan-çörək ye, amma yoldaşın yanında olsun'' - Rəqsanə

''Soğan-çörək ye, amma yoldaşın yanında olsun'' - Rəqsanə

Tarix: 24 Iyul 2022 15:40

Xəbər verdiyimiz kimi, müğənni  Rəqsanə İsmayılova ötən ay qızının toyunda iştirak edə bilməmişdi.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, restoranların birində qohumlarını bir araya yığan Rəqsanə övladına xeyir-dua verib. O, məclisdə gözyaşlarına da hakim ola bilməyib. Bununla bağlı videonu sənətçi instaqramda paylaşıb:

"Toy günü istərdim ki, məni görəsiniz. Amma xəstə oldum. Toyunu görə bilmədim, qismət olmadı. Elçilik olanda özümü itirdim, bir valideyn olaraq böyük bir məsuliyyət olduğunu başa düşdüm. Baxmayaraq ki, özüm 20 ildir məclislər idarə edirəm. 

Valideynlərin dəstəyi ailəyə hər zaman lazımdır. Aysuna da həmişə demişəm ki, soğan-çörək ye, amma hər zaman yanında həyat yoldaşın olsun. Hər bir qadının arxasında pul yox, onun çiynini söykəyəcəyi kişi olmalıdır. Rəqsanəyəm, pul qazanıram, amma nə olsun? Fazil evə gəlməyənə qədər heç kim süfrə arxasında əyləşmir".

O, daha sonra həyat yoldaşı Fazil bəy və öz adından qızına üzük hədiyyə edib.

Həmin görüntüləri təqdim edirik:


Etiketlər:  Soğan çörək amma yoldaşın yanında olsun Rəqsanə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ