Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hakeri saxladı

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hakeri saxladı

Tarix: 24 Iyul 2022 22:16

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) kiber departamentinin əməkdaşları Kiyevdə yerli və xarici şirkətlərin, bankların elektron sistemlərində məhdud girişi olan məlumatların oğurlanması üzrə ixtisaslaşmış hakeri saxlayıblar.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu barədə informasiyanı UTX-nin mətbuat xidməti yayıb.

"Kompüter şəbəkələrinə icazəsiz daxil olmaq üçün o, xüsusi zərərli proqram təminatı yaradıb. Sonra onu məqsədli şəkildə bankların və müəssisələrin elektron poçtları vasitəsilə yayaraq, onların rəqəmsal sistemlərinə uzaqdan giriş əldə edib", - məlumatda deyilir.

Haker bu məlumatı Rusiya ərazisindən Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən idarə olunan anonim internet platformalarına "sızdırıb".


Etiketlər:  Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı hakeri saxladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ