Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna taxılını limanlardan çıxarmaq üçün 120 gün vaxt verilib

Ukrayna taxılını limanlardan çıxarmaq üçün 120 gün vaxt verilib

Tarix: 25 Iyul 2022 08:26

"Rusiya tərəfinin hərəkətləri ucbatından müəyyən müddət ərzində taxıl sazişinin icrasına zəmanət vermək çox çətindir".

Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukrayna maliyyə nazirinin müavini Aleksandr Kava deyib.

O vurğulayıb ki, Ukrayna taxılının "Odessa", "Çernomorsk" və "Yujnıy" limanlarından daşınmasına tezliklə başlanılması üçün hər şey edilir. Onun sözlərinə görə, bu, 2022-ci ilin məhsulunun taxılının saxlanmasına imkan verəcək.

A. Kava qeyd edib ki, sazişə görə taxılın ixracı 120 gün ərzində həyata keçirilməlidir:

"Əgər bu dəhliz yaxşı işləsə və vaxtında Ukrayna daxilində dəniz ticarət limanlarına taxıl çatdırmaq imkanı olsa, bu vaxt kifayətdir. Mövcud vəziyyətə görə bunun müəyyən vaxt çərçivəsində baş verəcəyinə zəmanət vermək çox çətindir".


Etiketlər:  Ukrayna taxılını limanlardan çıxarmaq üçün gün vaxt verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ