Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 16:58
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya ilə müharibədə Ukrayna ordusunun əks-hücumunun nə vaxt gözlənilməli olduğu haqda danışıb.
Sonxeber.net Yeni Müsavat-a istinadla bildirir ki, bu barədə o, "Çikaqo Radiosu"nun efirində deyib.
"Bizdə hər şey plana uyğun gedir. Məsələ burasındadır ki, ABŞ ordusu sanksiyalarla zəifləmiş İraq ordusu ilə üz-üzə gələndə hətta Bağdada çatmaq üçün 22 gün lazım oldu. Orada da çətin epizodlar oldu - körpülərin götürülməsi, pusquya düşmə və s. Bu, nəsillər arasındakı misilsiz fərq idi. Ukrayna ordusu ilə Rusiya ordusu arasında isə yarım nəsil fərq var", - deyə Aleksey Arestoviç qeyd edib.
Onun sözlərinə görə, hazırda Rusiya köhnə texnikanı qabağa verir, çünki Ukrayna ordusu onun yeni texnikalarını sıradan çıxarıb: "Qərbin təchizatı sayəsində Ukraynaya yeni silahlar gəlir. Əks-hücum üçün indi əsas şərt düşmənin hücum qabiliyyətini tükətməkdir. Əks təqdirdə irəliləməyin mənası yoxdur, çünki əks-hücumlara tuş gələcəyik və topladığımız bütün qüvvələr qarşıdan gələn döyüşlərə sərf olunacaq".
"Biz onları əldən salmalıyıq. Biz bunu İzyumdan Baxmuta və Luqansk, Donetsk vilayətlərinin sərhədinə qədər Rusiya qüvvələrinin 60 faizinin cəmləşdiyi, hücuma keçməyə çalışdıqları ərazilərdə mobil müdafiə həyata keçirməklə edirik. Yəni üçbucaq. Prinsipcə burada döyüşən həmin o 130-150 minlik rus qoşununun 60 faizi var. Rus ordusu təxminən 3 həftə əvvəl bir yaylaya çıxıb və bu yayla büzülməyə başlayıb. Biz isə əksinə, imkanları artırmağa başlamışıq. Bax, nə vaxt bu iki qrafik üst-üstə düşəcək, onda hücuma keçəcəyik", - deyə Arestoviç əlavə edib.