Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu hərəkət kor olmanıza səbəb ola bilər

Bu hərəkət kor olmanıza səbəb ola bilər

Tarix: 28 Iyul 2022 07:42

Həkimlər 35 və 44 yaşında kor olmuş 2 qadın üzərində müayinələr aparmış və onların hansı səbəbdən kor olduğunu aşkar etdikdə şoka düşmüşlər. Qadınların kor olmasının səbəbləri onların uzun müddət uzanarkən  mobil telefonla danışmaları olub. Həkimlər kor olmuş qadınların anamnezinə diqqətlə qulaq asdıqdan sonra buna əmin olmuşlar. Belə ki, qadınların hər ikisi yatmazdan əvvəl mobil telefonla uzun-uzadı danışıblar. Otağın qaranlıq olması, telefonun işığının isə daima telefon tutulan qulaq tərəfdə olan gözə təsiri gözlərə mənfi təsir etmiş və korluq əmələ gəlmişdir.
Telefonla qaranlıq otaqda uzanaraq danışdıqda telefon tutulan tərəfdə olan göz işığa adaptasiya olur və bu beyinə təsir edir. Gözün birinin işığa baxması, digərinin isə qaranlığa baxması beyində yerləşən göz mərkəzlərinə mənfi təsir edir. Bu prosesin uzun müddət olması isə korluğa gətirib çıxarır.  
Mobil telefonun işiği mavi rəgli işıq sayılır. Mavi rəngli işığın gözə nə qədər zərərli olması barədə isə insanların əksəriyyətinin məlumatı belə yoxdur. Son 20 ildir ki, insanlar mavi işıqla çox təmasda olurlar. Oftalmoloqlar isə mavi işığın göz üçün çox təhlükəli olduğunu söyləyir və onun gözə yaxın tutmağı qəti surətdə qadağan edirlər. Oftalmoloqlar 30-40 yaş arasında olan və eynək taxan insanların əksəriyyətinin gözlərinin zəifləməsinin səbəbini mavi rəngli işıqların gözlərə təsirindən baş verdiyini söyləyirlər.

Milli.Az


Etiketlər:  Bu hərəkət kor olmanıza səbəb ola bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ