Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni GTA belə olacaq

Yeni GTA belə olacaq

Tarix: 28 Iyul 2022 17:40

Populyar "Grand Theft Auto" (GTA) kompüter oyununun yeni hissəsində tarixdə ilk dəfə olaraq əsas personajlardan biri qadın olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, ABŞ-ın "Rockstar Games" şirkəti tərəfindən hazırlanan oyunda iki əsas qəhrəman yer alacaq. Oyunun süjeti məşhur quldur cütlük Bonni və Klaydın əhvalatına əsaslanır.

Oyundakı hadisələr isə Mayami şəhərinin uydurma versiyasında baş verəcək.

Həmçinin, tərtibatçılar oyunu yeni missiyalar və məkanlarla yeniləməyi planlaşdırırlar.

Yeni oyunun buraxılış vaxtı dəqiq məlum deyil. Ekspertlərin fikrincə bu, ən azı iki ildən sonra baş verə bilər.

Milli.Az


Etiketlər:  Yeni belə olacaq


RƏYLƏR