Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reper ona nifrət edənlərə müraciət etdikdən 5 dəqiqə sonra güllələndi

Reper ona nifrət edənlərə müraciət etdikdən 5 dəqiqə sonra güllələndi

Tarix: 28 Iyul 2022 18:22

ABŞ-da reper sosial şəbəkələrdə "heyter"lərinə (ona nifrət edənlərə) müraciət etdikdən bir neçə dəqiqə sonra güllələnib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "İndependent" məlumat verib.

Amerikalı reper Rolli Bends sosial şəbəkələrdə onun yaradıcılığını tənqid edən insanlara həsr olunmuş yazı dərc edib. O, rəqiblərinə kobud şəkildə müraciət edib və deyib ki, "kimin ona sualı varsa, onu harda axtaracaqlarını bilirlər".

"Bir çox insan mənim harada yaşadığımı bilir. Rahat yatıram", - deyə musiqiçi yazıb.

Yazı dərc edildikdən təxminən beş dəqiqə sonra Rolli yaşayış kompleksinin dayanacağında güllələnib. O, təcili olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətldə şübhəli bilinən şəxslər avtomobillə qaçıblar, polis hələki onları saxlaya bilməyib.

"Hadisə bədbəxt hadisə kimi görünmür, çünki şübhəlilər və zərərçəkən bir-birini tanımış ola bilər", - deyə polis hadisə ilə bağlı şərh verib.


Etiketlər:  Reper nifrət edənlərə müraciət etdikdən dəqiqə sonra güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ