Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA "Qarabağ"a intizam işi açdı

UEFA

Tarix: 24 Sentyabr 2019 12:40

UEFA növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.

Avropa futbol qurumunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq (Report).

 


Etiketlər:  UEFA Qarabağa intizam işi açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ