Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 20:48
UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"la oyunda qanunazidd hərəkətlər etmiş "Slovan" klubunu cəzalandırıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş tərəflərin ilk oyununda qonaq komandanın azarkeşləri irqçi hərəkətlərə yol verdiyinə görə Bratislava klubu 40 min avro məbləğində cərimələnib. Bunun 25 min avrosu meydana yad əşyalar atmağa, 15 min avrosu pirotexniki vasitələrdən istifadəyə görədir.
Bundan başqa, "Slovan" 11 avqustda "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi ev matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və #NoToRacism sözü yazılmış şüar yer alacaq.
Həmçinin, Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" azarkeşləri 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.
Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı 4:1 məğlub etməklə "Qarabağ"a rəqib olub.