Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergilər Nazirliyinin bu mərkəzində şöbələr dəyişdirildi

Vergilər Nazirliyinin bu mərkəzində şöbələr dəyişdirildi

Tarix: 24 Sentyabr 2019 14:00

Bakı. Elçin Mehdiyev – Trend:

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilir.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, mərkəzin strukturu yeni redaksiyada verilib. Yeni redaksiyaya əsasən, mərkəzin strukturuna “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi, Vergi inzibatçılığının tədrisi şöbəsi, Vergi qanunvericiliyinin tədrisi şöbəsi, Elm, innovasiya və əməkdaşlıq şöbəsi, Maliyyə, təminat və mühasibat uçotu şöbəsi, Tədris və metodika şöbəsi, Layihələrlə iş və inkişaf bölməsi, Keyfiyyət təminatı bölməsi daxil olub.

Dəyişikliyə qədər isə Mərkəzin strukturuna rəhbərlik, İqtisadiyyat və menecment, Vergi metodologiyası və Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedraları, Elmi tədqiqat bölməsi, Tədris və metodika şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi və Mühasibat daxil idi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Vergilər Nazirliyinin mərkəzində şöbələr dəyişdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ