Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 22:12
Türkiyənin cənub-qərbindəki məşhur turizm şəhəri Marmarisdə meşə yanğınları kurort ərazisinə çatıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, yanğınlar meşə yaxınlığında yerləşən otellərdən birinin ərazisinə yayılıb və bir neçə binanı məhv edib.
Marmaris bələdiyyəsinin sədri Mehmet Oktay bildirib ki, otelin və yaxınlıqdakı obyektlərin bütün əməkdaşları təxliyə edilib.
Yanğınla mübarizəyə yeddi helikopter və beş təyyarə cəlb olunub.