Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 19:12
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" Ağdam təmsilçisi ilə matçlar üçün iştirak ərizəsində dəyişiklik edib.
Macarıstan klubu "Keçkemet"ə icarəyə verilən qapıçı Adam Varqa və sağ cinah müdafiəçisi Henri Vinqonu heyətdən çıxarıb. Vinqonu bosniyalı futbolçu Muhamed Beşiç əvəzləyib.
"Ferentsvaroş"un iştirak ərizəsi belədir:
Qapıçılar: Adam Boqdan, Deneş Dibus; B siyahısı: Marsell Kovaç, Sabolç Merql, Öri Levente
Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar Çiviç, Rasmus Telander, Mats Knuster, Lorand Paska, Sami Mmae;
Yarımmüdafiəçilər: Muhamed Beşiç, Aissa Laiduni, Anderson Esiti, Kristofer Zakariasen, Styepan Lonçar, Balint Veçei, Ksavye Mersye; B siyahısı: Oliver Nad
Hücumçular: Adama Traore, Karlos Auski, Frank Boli, Forçun Bassi, Tokmak Nquen; B siyahısı: Damir Redjiç, Norbert Kayan, Kristian Listeş
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.