Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir (FOTO)

Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir (FOTO)

Tarix: 24 Sentyabr 2019 15:40

Bakı. Trend:

Uşaqlara dövlət qayğısının göstərilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması dövlətin müəyyən etdiyi prioritetlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Məişət zorakılığından əziyyət çəkmiş uşlaqlara yardım mərkəzinin yaradılması ” adlı layihənin icrasını həyata keçirir.

Layihə çərçivəsində yaradılan mərkəzdə risk qrupuna daxil olan, boşanmış, boşanma ərəfəsində olan, ailədaxili konfliktlərdən əziyyət çəkən, aztəminatlı, tək valideynli uşaqlara sosial xidmətlərinin göstərilməsi, psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq pedaqoq və könüllülər vasitəsilə zəif bilikli şagirdlərin bilik səviyyəsinin qaldırılması, həmçinin özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi və s. tədbirlər həyata keçirilir.

Eyni zamanda valideyinlər üçün də maarifləndirici fəaliyyətlər (təlim, seminar), hüquqi və psixoloji dəstək göstərilir.

May-avqust ayı ərzində məişət zorakılığından əziyyət çəkmiş 89 uşağa mərkəz tərəfindən xidmət göstərilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir (FOTO) Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir (FOTO) Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir (FOTO) Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir (FOTO)


Etiketlər:  Məişət zorakılığından əziyyət çəkmiş uşaqlara qayğı prioritet təşkil edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ